Bərk məişət tullantılarının idarə edilməsi sahəsində təhsilalanların maarifləndirilməsi işinin gücləndirilməsi məqsədi ilə Xocalı şəhər 4 saylı tam orta məktəbdə maarifləndirmə işi aparılıb. Maarifləndirmə tədbirində məktəbin direktoru Vüsal Mustafayev, təşkilatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva və həyat bilgisi fənninin müəllimi Gülnarə Həsənova ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması baxımından bərk məişət tullantılarının idarə edilməsinin zəruriliyindən, respublikada bu sahədə görülən işlərdən danışıblar.